Zəhər tuluğu

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Bıçaqlandıqdan sonra sağ qalan Adil, müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, “zəhər tuluğudur” – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş “həyat qadını” Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onun dünyaya gələcək körpənin xilaskarına çevirir.
Daha çox