imax/imax-az
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Tapmaca 2
15:00
17:00
19:00
21:00
Pis oğlanlar 4 IMAX
23:00
Tapmaca 2

Tapmaca 2

13 İyun

Rayli böyüyür və emosiyaların sayı artır ...

Pis oğlanlar 4

Pis oğlanlar 4

06 İyun

Mayamida yeni təhlükə yarananda müasir, xüsusi təyinatlı polis idarəsi “Pis oğlanlarla” üzləşir.   ...

Habbl Teleskopu IMAX

Habbl Teleskopu IMAX

30 May

IMAX®kinoteatrlarının vizual gücündən faydalanaraq Habbl 3D kino izləyicilərinə qalaktikalara səyahət etmək, kainatımızın sirrlərini kəşf etmək və NASA tarixi boyunca öhdəlikləklərinə ən mühüm və çətin işi götürmüş astronavtların işini kənardan iz...

Kosmik Stansiya 3D IMAX

Kosmik Stansiya 3D IMAX

23 May

Açıq Kosmosda çəkilən birinci 3D kino. 21-ci əsrin böyükmiqyaslı layihəsi olan Beynəlxalq kosmik stansiyası ilə tamaşaçılar yaxından tanış olurlar. ...

Pandalar

Pandalar

23 May

Çendru Çin parkında  alimlər parkı pandaların – planetimizin ən maraqlı və təəssüf ki, itmək hüdudlarında olan məmələrinin saxlanılması və çoxalması ilə məşğul olurlar. ABŞ-da olan alimlərin  qara ayıların vəhşi təbiətə adaptasiyasından üzrə...

LEMURLAR ADASI: MADAQASKAR IMAX

LEMURLAR ADASI: MADAQASKAR IMAX

16 May

Dr.Patrisiya C. Rayt ildə Madaqaskar adasına milyonlar il bundan əvvəl gələn və indi yüksək təhlükə altında olan lemurlara köməklik missiyasi ilə gedir ...

Qalapaqos adaları IMAX

Qalapaqos adaları IMAX

25 Aprel

Yer üzündə hətta ən təcrübəli səyahətçi və alimləri belə heyran edəcək canlıların yaşadığı yer mövcuddur. Bu, Qalapaqos adalarıdır – Yer üzündə ən qeyri-adi və gözəl arxipelaqlardan biri. Vaxtı ilə bu yerlər dəniz quldurlarının sığınacağı idi, daha s...

Super-itlər

Super-itlər

23 Aprel

... ...

IMAX texnologiyası

IMAX kinoteatrlarında nümayiş olunan kontent öz xüsusiyyətlərinə görə adi formatda nümayiş olunanlardan üstündür. DMR, və ya rəqəmsal remasterinq, onun sirli tərkib hissəsidir. Bu xüsusi üsul onsuzda yüksək keyfiyyətli filmi ruhu canlandıran, unikal səs xüsusiyyətləri və misilsiz təsvirli blokbasterə çevirir. Filmi kinoteatrlarda bu cür möhtəşəm təqdim etmək üçün, onun yaradıcıları aylarla səhnə meydançasında və montaj otağında hər kadrı planlaşdırır, səslərin remiksini həyata keçirir, dolğunluq, təzad, parlaqlıq və başqa xırda detallar üzərində çalışırlar. Adətən bu effektlər çəkilişlərdən sonra verilirdi, lakin son zamanlar aparıcı prodüserlər IMAX texnologiyasını ilk mərhələlərdən qoşur. Hollivudun əksər filmləri bu texnologiya ilə çəkilir. Bu o deməkdir ki, belə formatlı film üçün prodüser və IMAX kompaniyası yaxın əməkdaşlıq etməlidirlər. Film çəkilişi zamanı hansı hissələri xüsusi kameralar ilə çəkilməsi, səs və təsvirin emalı üçün hansı üsullardan istifadə edilməsi, böyük formatın üstünlüyü və rəng zənginliyinin nümayiş edilmə məsələləri həll olunur.  

Gələcəyin IMAX kino texnologiyası bu gün.

Təsvirin misilsiz keyfiyyəti.

Kinoteatrlarda 2 proyektor qurulur, buna görə ekranda nümayiş olunan təsvir ikiqat  parlaq olur. Rəqəmsal proyeksiya sistemi sayəsində təsvirin yüksək dəqiqliyi, aydınlığı və yüksək keyfiyyəti təmin olunur.

Səsin təəccüblü təmizliyi.

Texnologiyanın əvəzedilməz tərkib hissəsi səsdir. Onun dərinliyi filmi daha da təsirli edir. Hər kinosevər ekranda baş verənləri sanki bütün vücudu ilə hiss edir, bu qurulmuş dünyada yaşayır. Belə effektə patentləşdirilmiş akustik sistemin yüksək gücünün vasitəsilə nail olunur. Səs keyfiyyətinin göstəricisinin biri də tezliyinin daha geniş xarakteristikasıdır. Bu səsin daha yüksək və çox aşağı tezliklərin istifadəsinə imkan yaradır. Səslənmənin xüsusiyyəti dinləmə mühitindən də asılıdır, ona görə IMAX şirkətinin zalların xüsusi quruluşuna patenti var. Rəqəmsal remasterinq vasitəsilə səs elə qurulub ki, kinoteatrda olaraq Siz dinamik, təmiz, parlaq və dəqiq səsdən zövq alasınız.   

Ekranın artırılmış eni.

Təsvir formatı – texniki termindir, ekranda enlə uzunluğun proporsional nisbətini bildirir. Bir qayda olaraq, müasir filmlər CinemaScope (2.40:1) formatındadır. Bu format 1953-cü ildə yaranıb və İndiyə qədər standart sayılır. IMAX bütün tanınmış şablonları məhv edir, film təsvirinin formatını IMAX® 1.43:1 qədər genişləndirir. Beləliklə, kinosevərlər adi konetatrla müqayisədə 40%-ə qədər böyüdülmüş təsvir görürlər. Həmçinin son montaj mərhələsində təsvirin böyük hissəsinin qorunması mümkündür (IMAX® 1.9:1 qədər), və bu təsviri adi kinoteatrla müqayisədə 21%-ə qədər böyüdür. IMAX təsvirinin formatı sayəsində kinosevərlər özlərini kənar müşahidəçi deyil, sanki filmin içində hiss edirlər.

IMAX zalı

Zalın unikallığı nəyinki IMAX-ın ayrılmaz atributlarından (güclü proyektorlar, ən yaxşı səs sistemi və xüsusi həndəsəvi quruluş) ibarətdir, həmçinin burada kinosevərlər özlərini dünyasəviyyəli premium kinoteatrlardakı kimi hiss edirlər.

Nizamlanan qoltuqaltılarla maksimal rahat oturacaqlar IMAX zalının həndəsəsinə əsasən böyük ekrana nisbətən yerləşdirilib. Xüsusi gümüş örtüklü ekran, möhtəşəm səs, oturacaqların vibrasiyası tamaşaçıları filmin hadisələrinə daxil edəcək.

Sizi kinomanların sevimli yeri olan, fantastikanı reallığa çevirən IMAX zalında gözləyirik. 

Zallarin sayi
7
Akustik sistemi
Dolby Digital, IMAX
3D
Masterimage 3D, IMAX 3D
Barın çeşidi
Xırtıldayan popkorn, oyuncaqlı kombolar, naços, ləbləbi, sərinlədici qazlı içkilər, çay və kofe
Proyektorlar
Barco 20C, Barco 19B, Barco 10S, IMAX 3D