imax/imax-az
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Moana 2
21:50
23:40
Moana 2

Moana 2

28 Noyabr

Axtarıcı -  Əcdadların çağırışını alandan sonra Moana və Maui uzaq və təhlükəli Okeaniyaya yollanır.   ...

IMAX texnologiyası

IMAX kinoteatrlarında nümayiş olunan kontent öz xüsusiyyətlərinə görə adi formatda nümayiş olunanlardan üstündür. DMR, və ya rəqəmsal remasterinq, onun sirli tərkib hissəsidir. Bu xüsusi üsul onsuzda yüksək keyfiyyətli filmi ruhu canlandıran, unikal səs xüsusiyyətləri və misilsiz təsvirli blokbasterə çevirir. Filmi kinoteatrlarda bu cür möhtəşəm təqdim etmək üçün, onun yaradıcıları aylarla səhnə meydançasında və montaj otağında hər kadrı planlaşdırır, səslərin remiksini həyata keçirir, dolğunluq, təzad, parlaqlıq və başqa xırda detallar üzərində çalışırlar. Adətən bu effektlər çəkilişlərdən sonra verilirdi, lakin son zamanlar aparıcı prodüserlər IMAX texnologiyasını ilk mərhələlərdən qoşur. Hollivudun əksər filmləri bu texnologiya ilə çəkilir. Bu o deməkdir ki, belə formatlı film üçün prodüser və IMAX kompaniyası yaxın əməkdaşlıq etməlidirlər. Film çəkilişi zamanı hansı hissələri xüsusi kameralar ilə çəkilməsi, səs və təsvirin emalı üçün hansı üsullardan istifadə edilməsi, böyük formatın üstünlüyü və rəng zənginliyinin nümayiş edilmə məsələləri həll olunur.  

Gələcəyin IMAX kino texnologiyası bu gün.

Təsvirin misilsiz keyfiyyəti.

Kinoteatrlarda 2 proyektor qurulur, buna görə ekranda nümayiş olunan təsvir ikiqat  parlaq olur. Rəqəmsal proyeksiya sistemi sayəsində təsvirin yüksək dəqiqliyi, aydınlığı və yüksək keyfiyyəti təmin olunur.

Səsin təəccüblü təmizliyi.

Texnologiyanın əvəzedilməz tərkib hissəsi səsdir. Onun dərinliyi filmi daha da təsirli edir. Hər kinosevər ekranda baş verənləri sanki bütün vücudu ilə hiss edir, bu qurulmuş dünyada yaşayır. Belə effektə patentləşdirilmiş akustik sistemin yüksək gücünün vasitəsilə nail olunur. Səs keyfiyyətinin göstəricisinin biri də tezliyinin daha geniş xarakteristikasıdır. Bu səsin daha yüksək və çox aşağı tezliklərin istifadəsinə imkan yaradır. Səslənmənin xüsusiyyəti dinləmə mühitindən də asılıdır, ona görə IMAX şirkətinin zalların xüsusi quruluşuna patenti var. Rəqəmsal remasterinq vasitəsilə səs elə qurulub ki, kinoteatrda olaraq Siz dinamik, təmiz, parlaq və dəqiq səsdən zövq alasınız.   

Ekranın artırılmış eni.

Təsvir formatı – texniki termindir, ekranda enlə uzunluğun proporsional nisbətini bildirir. Bir qayda olaraq, müasir filmlər CinemaScope (2.40:1) formatındadır. Bu format 1953-cü ildə yaranıb və İndiyə qədər standart sayılır. IMAX bütün tanınmış şablonları məhv edir, film təsvirinin formatını IMAX® 1.43:1 qədər genişləndirir. Beləliklə, kinosevərlər adi konetatrla müqayisədə 40%-ə qədər böyüdülmüş təsvir görürlər. Həmçinin son montaj mərhələsində təsvirin böyük hissəsinin qorunması mümkündür (IMAX® 1.9:1 qədər), və bu təsviri adi kinoteatrla müqayisədə 21%-ə qədər böyüdür. IMAX təsvirinin formatı sayəsində kinosevərlər özlərini kənar müşahidəçi deyil, sanki filmin içində hiss edirlər.

IMAX zalı

Zalın unikallığı nəyinki IMAX-ın ayrılmaz atributlarından (güclü proyektorlar, ən yaxşı səs sistemi və xüsusi həndəsəvi quruluş) ibarətdir, həmçinin burada kinosevərlər özlərini dünyasəviyyəli premium kinoteatrlardakı kimi hiss edirlər.

Nizamlanan qoltuqaltılarla maksimal rahat oturacaqlar IMAX zalının həndəsəsinə əsasən böyük ekrana nisbətən yerləşdirilib. Xüsusi gümüş örtüklü ekran, möhtəşəm səs, oturacaqların vibrasiyası tamaşaçıları filmin hadisələrinə daxil edəcək.

Sizi kinomanların sevimli yeri olan, fantastikanı reallığa çevirən IMAX zalında gözləyirik. 

Zallarin sayi
7
Akustik sistemi
Dolby Digital, IMAX
3D
Masterimage 3D, IMAX 3D
Barın çeşidi
Xırtıldayan popkorn, oyuncaqlı kombolar, naços, ləbləbi, sərinlədici qazlı içkilər, çay və kofe
Proyektorlar
Barco 20C, Barco 19B, Barco 10S, IMAX 3D